AZ

Basketbol millilərimizin Türkiyə hazırlıqları başa çatıb

16 və 18 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan milli komandaları Türkiyə toplanışını başa vurub.

Offsideplus.az xəbər verir ki, komandalarımız İstanbulda keçirilən hazırlığı qələbələrlə bitiriblər.

Türkiyəli mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi millilərimiz keçirdikləri növbəti 8 yoxlama oyununun yalnız birində məğlub olublar. Yüksək liqa təmsilçisi "Galatasaray"ın U16 komandası üzərində önəmli qələbə qazanan basketbolçularımız yalnız "Emlak Konut"la bacarmayıb.

U-16
Azərbaycan - "Qalatasaray" - 65:54
Azərbaycan - "Besaş" - 82:56
Azərbaycan - "Bursa Uludağ" - 69:57
Azərbaycan - "Emlak Konut" - 54:66

U-18
Azərbaycan - "Besaş" - 72:61
Azərbaycan - "Bursa Uludağ" - 84:70
Azərbaycan - "İstanbul Allstar" - 75:74

Qeyd edək ki, qızlarımız bu təlim-məşq toplanışında keçirilmiş yoxlama oyunlarında 14 qələbə qazanıb və cəmi bir dəfə məğlub olublar.

phrase_var_article.chosen
36
2
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close