AZ

Dris Mertens karyerasını bitirir? - Qərarını açıqladı

Belçika millisinin sabiq üzvü, hazırda Türkiyə çempionu “Qalatasaray”da çıxış edən Dris Mertens karyerası ilə bağlı suallara cavab verib.

Arena.az xəbər verir ki, hazırda 36 yaşı olan hücumçu karyerasını bir mövsüm daha davam etdirmək istədiyini açıqlayıb:

“Gələcək karyeramla bağlı çox şey bilmirəm. Tam qərar verməmişəm. Düşünürəm ki, bir il də davam edə bilərəm. Nə ağrım, nə də zədəm var. Burda və ya başqa yerdə ola bilər”.

Mertens Türkiyə Super Liqasında “Fənərbaxça” ilə çempionluq yarışına dair suala da cavab verib:

“Onların yaxşı formada olması məni çox sevindirir. Mövsümün əvvəlində çoxlu və yaxşı transferlər də etdilər. Yaxşı matçlar keçirdilər. Bizim kimi rəqiblərini qorxudurlar. Onlar da bizim kimi çox qol vururlar. Yaxşı müdafiə olunurlar. Biz də yaxşı müdafiə olunan komandalar ilə olan matçlardan imtina etmirik. Sona qədər davam edəcəyik”.

Jurnalistin “Əgər siz məşqçi olsaydınız, “Qalatasaray”ın ilk 11-liyində Mertensi, yoxsa Sneyderi oynayardınız” sualına 36 yaşlı hücumçu belə cavab verib:

“Sneyder deyərdim. Bura gələndə onun 30 yaşı var idi. Mən isə 30 yaşım olanda hələ A Seriyasında oynayırdım. Sneyder bura gələndə formada idi”.

Xatırladaq ki, Dris Mertens 2022-ci ilin avqust ayından “Qalatasaray”ın uğurları üçün çalışır. Təcrübəli hücumçu İstanbul təmsilçisindəki ilk mövsümündə 33 oyuna 7 qol vurmuş, 4 məhsuldar ötürmə vermiş və Türkiyə çempionu olmuşdu. Bu mövsüm isə belçikalı oyunçu 42 matçda 8 qol vurub, 11 məhsuldar ötürmə edib. O, indiyə qədər “Qalatasaray”da bütövlükdə 75 matça çıxıb, 15 qol və 15 məhsuldar ötürmə ilə yadda qalıb.

AGOVV, “Utrext” və PSV kimi klublarda da oynamış Mertensin karyerasının ən parlaq dövrü “Napoli”də keçib. O, 2013-2022-ci illər aralığında bu klubun heyətində 397 oyuna 138 qol vurub, 90 assistlə yadda qalıb.

Mertens 2011-ci ilin fevralında debüt etdiyi Belçika yığmasında 109 oyuna 21 qol vurub, 33 məhsuldar ötürmə verib.

Bahar Rüstəmzadə

phrase_var_article.chosen
143
36
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close