AZ

"Fənərbağça" liqada qalmayacaq: Ali Koç 3 seçimi açıqladı

Jurnalistlərlə görüşən "Fənərbaxça"nın prezidenti Ali Koç təəccüblü açıqlamalar verib.

Offsideplus.az xəbər verir ki, türkiyəli funksioner qarşılarında 3 variant olduğunu bildirib.

O, bütün sponsor şirkətlərlə görüşdüklərini və klubun izləyəcəyi strategiya ilə bağlı razılıq aldıqlarını bildirib. Prezident kreditlərlə bağlı banklarla görüşəcəklərini bildirib:
"Biz anormallığı normallaşdırdığımız üçün bu yerə qədər gəlmişik. Aprelin 2-də konqres üzvlərimizlə bütün imkanları müzakirə edəcəyik. Qarşımızda üç seçim var: "pis, daha pis və ən pis.

1- Aşağı liqaya düşmək.
2- Futbol fəaliyyətlərini bir müddət dayandırmaq.
3- Xaricdə komanda almaq.

Seçimlərin konqresdə dəqiqləşdiriləcəyini bildirən Ali Koç, “Hansını indi edəcəyimizi dəqiq deyə bilmərəm, amma heç bir şey olmamış kimi davranmayacağımıza zəmanət verirəm” dedi.

Təqlər: ,
Seçilən
92
2
Mənbələr
Şərh ()
Bağla