AZ

Kəşfiyyat rəhbəri: “Terrorla bağlı Rusiyada əvvəlcədən dəqiq məlumat olub”

Kəşfiyyat

Rusiyanın kəşfiyyat xidmətləri "Crocus City Hall"da gözlənilən terror aktı barədə əvvəlcədən məlumatlı olublar.

Reyting.az
xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri Kirill Budanov bildirib.

Budanov deyib ki, ən azı 2024-cü il fevralın 15-dən Rusiya hazırlıqlardan xəbərdar olub: “Sizə daha çox informasiya verirəm, həmin bu məlumat qrupa Suriyadakı kəşfiyyat şöbəsindən keçib. Oradan da ləngimədən çatdırılıb Moskvaya. Qoy onlar belə nağıllar danışmasınlar ki, qəribə bir şəkildə hər şey birdən-birə reallaşıb”.

K. Budanov bütün bunları iştirak etdiyi tədbirdə, Strateji Kommunikasiyalar üzrə Üçüncü Beynəlxalq Forumda çıxışı zamanı söyləyib. Kəşfiyyat İdarəsi rəhbərinin sözlərinə görə, Kremldə dəqiq biliblər ki, yaraqlılar Rusiyaya hara və hansı iki ölkə vasitəsilə gələcəklər.

Təəccübünü gizlətməyən K. Budanov öz təxminlərini də dilə gətirib: “Niyə buna icazə verdilər - bir neçə variant var.

Birincisi, köhnə adətləri kimi, indi bir neçə məmuru aradan götürmək üçün güclər arasında döyüş gedir. Başqa bir ehtimal da odur ki, onlar baş verə biləcək hadisələrin miqyasını həqiqətən düzgün qiymətləndirə bilməyiblər. Onlar bunun daha sadə, yəni yerlilər tərəfindən olacağını düşünürdülər və hər şeydə Ukraynanı ittiham etmək istəyirdilər”.

Kremlin terror aktında axtardığı “Ukrayna izi”-ndən danışan hərbi kəşfiyyatın rəhbəri qeyd edib ki, Rusiya hakimiyyəti “Krokus”da baş verənlərlə bağlı versiyaları artıq üç dəfə dəyişib.

“Əvvəlcə Patruşev ilə Bortnikovun izahatı ortaya çıxdı, onlar isə şəxsən məni ittiham etdilər və sonra da dedilər ki, bunları edən Ukraynadır. Bu, cəfəngiyatdır. Yeri gəlmişkən, belə bir çox ağrılı məsələyə toxunsaq, düşmən olsa da, mən prinsipcə dinc əhaliyə qarşı terror aktlarının həyata keçirilməsini bəyənmirəm”, - deyə Budanov əlavə edib.

Oqtay QORÇU

phrase_var_article.chosen
16
38
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close