AZ

Azərbaycanda pensiyaçıların sayı niyə azalır? - Açıqlama

Azərbaycanda pensiyaçıların sayında azalma müşahidə olunur. Belə ki, ötən il pensiyaçıların sayı 18 200 nəfər azalıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu il yanvarın 1-nə qədər 1 milyon 96 min pensiyaçı qeydiyyatdan keçib. Bu, əhalinin 10.8 faizi deməkdir. Pensiyaçıların 64,0 faizi yaşa, 23,6 faizi əlilliyə, 12,4 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.




Mövzuya münasibət bildirən iqtisadçı-ekspert Elşad Məmmədov Bakupost.az -a açıqlamasında deyib ki, pensiyaçıların sayının azalmasına səbəb Azərbaycanda qadınların pensiya yaşının tədricən 65-ə çatdırılmasıdır. O qeyd edib ki, Azərbaycanda kişilərin pensiya yaşı 63, qadınlarda isə 60 idi. 2017-ci ildən başlayaraq pensiya yaşı hər il 6 ay artırılır.

"Əmək pensiyaları haqqında" Qanuna əsasən, kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Artıq kişilər üçün pensiya yaşı 65 yaşdır və bu proses 2021-ci ildə başa çatıb. Qadınların pensiya yaşının hər il 6 ay artırılması isə 2027-ci ilə qədər davam edəcək və qadınların da pensiya yaşı 65 yaşa çatdırılacaq.





İqtisadçı ekspert Natiq Cəfərli hesab edir ki, Azərbaycanda qanunvericiliyə edilən dəyişikliyə görə hər il 6 ay olmaqla, təqaüd yaşının artırılması təqaüdçülərin sayına təsir göstərən başlıca amillərdən biridir:

“Təqaüd yaşına çatacaq və ya təqaüd yaşında olan yaşlı insanların müxtəlif xəstəliklər üzündən həyatdan köçməsinin də statistik rəqəmlərə təsiri var. Həmçinin qanunvericiliyə edilən bəzi dəyişikliklərlə vaxtından əvvəl təqaüdə çıxmaq məhdudlaşdırıldı, əlilliyi olan insanlar üçün müəyyən tələblər sərtləşdirildi, təsnifat dəyişdirildi, artıq pensiya birinci, ikinci və ya üçüncü qrup əlilliyə görə deyil, faiz nisbəti ilə hesablanmağa başlandı. Beləliklə, bütün bunlar təqaüdçülərin sayının azalmasına təsir edir”.

Natiq Cəfərli qeyd edib ki, Azərbaycanda təqaüd sisteminə, təqaüd yaşı məsələsinə, təqaüdə çıxanların təsnifatına yenidən baxılmasına, bəlkə də təqaüd yaşının azaldılmasına ehtiyac var. Çünki ölkədə demoqrafik dinamikaya baxanda təqaüd yaşının artırılmasının o qədər də əhəmiyyəti olmadığını görürük:

“Məsələn, Avropada əhali qocadır, doğuş dinamikası aşağıdır, gənclərin sayı azdır, bu da gələcəkdə iş yerləri ilə bağlı problemlər yaradacaq deyə təqaüd yaşını artırırlar. Bizdə isə bununla bağlı problem yoxdur".

Sevinc
BakuPost
phrase_var_article.chosen
24
50
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close