AZ

Avstraliyada gənclərə küçəyə çıxmaq qadağan edilir - FOTO

Avtraliyada fövqəladə vəziyyət elan edilib və gənclərə 2 həftəlik qismən komendant saatı tətbiq ediləcəyi açıqlanıb.

Bakupost.az xəbər verir ki, Avstraliyanın Şimal Territory əyalətindəki Alis Springs şəhərinin bəzi yerlərində zorakılıq və xaos yaşanıb.

Aralarında gənclərin də olduğu təxminən 70 nəfərin bir obyektə kərpic və daş ataraq hücum etməsinin görüntüləri sosial mediada yayılıb.

“The Guardian” xəbər verir ki, polis biznesə hücum edən 5 nəfəri saxlayıb və hücumda istifadə edilən 50-dən çox aləti müsadirə edib. Bildirilib ki, şəhərin kənarındakı bir bölgədə oxşar zorakılıq hadisələri zamanı təxminən 150 nəfər iştirak edib.




Ştatın Baş naziri Eva Lavler, Alice Springsdə "fövqəladə vəziyyət" elan ediləcəyini və oxşar vəziyyətlərlə mübarizə aparmaq üçün polis sayının artırılacağını açıqlayıb.

Lavler, şəhərdə 18 yaşından kiçik gənclərə 2 həftə ərzində hər gün saat 18.00-dan başlayaraq 12 saatlıq komendant saatı tətbiq ediləcəyini bildirib.

Sözügedən gərginliyin bir müddət əvvəl avtomobil vuraraq dünyasını dəyişən gəncin yaxınları ilə bağlı olduğu iddia edilib.




Elnur
BakuPost
phrase_var_article.chosen
28
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close