AZ

Yıldız Tilbe təqaüdə çıxdı, veriləcək puldan narazı oldu

Türkiyəli müğənni Yıldız Tilbe təqaüdə çıxdığını açıqlayıb.

Bakupost.az xəbər verir ki, sosial media hesabında tez-tez paylaşımları ilə diqqət çəkən Tilbe, "Təqaüdə çıxdım. Əvvəllər təqaüdə çıxanlara bir ev, ya da maşın alardılar. Ya da toplu pulla iş qurardı. İndiki pensiyaçılara Allah kömək olsun. Heç kimə möhtac olmamaq üçün ömür boyu işləməyin qarşılığında verilən maaş budurmu? Budur”, deyə narazılığını bildirib.

Qeyd edək ki, müğənni Ramazan bayramında verəcəyi konsertdən 2,5 milyon TL qazanacağı ilə bağlı xəbərlərlə gündəmə gəlmişdi.




Aygün
BakuPost
phrase_var_article.chosen
19
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close