AZ

Maarifləndirici tədbir: “Qeyri-infeksion xəstəliklərin profilaktikası” 

Balakən Rayon Mərkəzi Xəstəxanasında şəkərli diabet xəstələrinin iştirakı ilə “Qeyri-infeksion xəstəliklərin profilaktikası” mövzusunda maarifləndirici tədbir keçirilib.
 
Xəstəxanadan Aztibb.az-a bildirilib ki, tədbirdə müəssisənin direktoru Dilbər Quliyeva, həkim-endokrinoloqlar Rəisət Hetayeva və İlahə Ustayeva, aptek bölmə müdiri Cəbrayıl Əhmədov və provizorlar Abakar Mehdiyev və Anna Qarayeva iştirak ediblər.
 
Tədbirdə şəkərli diabet xəstəliyinin yaranmasının səbəbləri, müalicəsi və bir sıra aktual problemləri barədə danışılıb, iştirak etmiş şəxslərə şəkər ölçmə cihazları paylanılıb.
 
Direktor Dilbər Quliyeva qeyd edib ki, şəkəri ölçən cihazlar xəstələrə dövlət hesabına ödənişsiz olaraq təqdim olunur və mütəmadi olaraq xəstəxanada diabet xəstəliyi barədə maarifləndirici tədbirlər keçirilir.
Hazırda şəkərli diabet xəstələrinin bütün profilaktiki və digər zəruri müalicə vasitələri və preparatları dövlət vəsaiti hesabına təmin olunur. Bu xəstəlikdən əziyyət çəkən şəxslər mütləq şəkildə rayon xəstəxanasına müraciət etməli və şəkərli diabet xəstəsi kimi qeydiyyata alınmalıdırlar.
 
İclasda vətəndaşlara və xəstələrə ixtisaslı həkimlərin-oftalmoloq, uroloq, kardioloq, endokrinoloq, qastroenteroloqun müayinələrindən keçməyin və laborator analizlərin verilməsinin vacibliyi haqqında məlumat verilib.
Seçilən
48
Mənbələr
Şərh ()
Bağla