AZ

Ermənistanın müdafiə xətti yarılır: Orduya çağırış edildi

Ermənistan Baş naziri Nikol Paşinyanın Tavuşun sərhəd kəndlərinə səfəri və yerli sakinlərlə görüşdə səsləndirdiyi bəyanatlar sensasiya doğurub. Delimitasiya prosesi çərçivəsində Qazaxın anklav olmayan 4 kəndinin – Bağanis Ayrım, Qızıl Hacılı, Aşağı Əskipara və Xeyrimlinin qaytarılacağı barədə fikirlər hazırda iki ölkə arasında əsas gündəm mövzusudur.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan hərbi ekspert Səxavət Məmməd deyib ki, Paşinyanın Tavuşa səfərindən sonra kənd əhalisi ayağa qalxdı:

“Bu, planlı şəkildə baş verdi. Bütün dünyaya göstərməyə çalışırlar ki, Paşinyan hökuməti torpaqların verilməsində maraqlı olsa da, kənd sakinləri buna qarşıdır.

Ermənilər zamanında 7 kəndin arasında eni təxminən 2 kilometrə yaxın olan kənd salıblar. Bu kənd Azərbaycanın 3 kəndini anklava çevirdi. Tarixə nəzər saldıqda görürük ki, əslində həmin ərazilər anklav olmayıb. Bu, ermənilərin köhnə taktikasıdır. Laçın rayonu ərazisində də böyük torpaq, otlaq sahələrini bu formada öz ərazilərinə daxil ediblər. 10 noyabr 2020-ci il birgə bəyanatına əsasən 8 kənd məsələsi müzakirə edilirsə, burada həmin kəndlərin qarşılığında hansısa ərazinin veriləcəyi, dəyişdiriləcəyi ilə bağlı bir bənd yoxdur. Ona görə də Ermənistanın hər hansı kəndimizə iddia irəli sürməsi doğru deyil”.

Hərbi ekspertin fikrincə, Başkəndin taktiki, 8 kəndin isə strateji əhəmiyyəti var:

“Paşinyan etiraf edir ki, Noyemberyan rayonunun Gürcüstana bağlanan yolu həmin kəndlərdən keçir. Rəsmi Bakı əvvəlcə 4 kəndin, ardınca da digərlərinin geri qaytarılmasında maraqlıdır.

Ermənistanın keçmiş müdafiə naziri (Seyran Ohanyan – red.) orduya çağırış etdi ki, əgər həmin kəndlərdən geri çəkilmək əmri verilərsə, bunu yerinə yetirməsinlər. Çünki bu istiqamətdə çox ciddi mühəndis istehkam işləri, müdafiə xətləri var. Ermənilərin geri çəkilməsi müdafiə xətlərinin yarıldığı anlamına gələcək. Ermənistanın hərbi ekspertləri də buna görə narahatdır”

phrase_var_article.chosen
45
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close