AZ

"Uçot dərəcələrinin real iqtisadiyyata təsiri yetərincə deyil"- Ekspert

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti (AMB) uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb.AMB uçot faiz dərəcəsini 7,75%-dən 7,5%-ə endirib. Faiz dəhlizinin aşağı həddi 6,25% saxlayıb. Faiz dəhlizinin yuxarı həddi isə 8,75%-dən 8,5%-ə endirilib.

İqtisadçı ekspert Emin Qəribli BiG.AZ-a bildirib ki, inflyasiyanın dərəcəsi ötən illər çox idi. Mərhələli-mərhələli eniş baş verir. Burda problem var ki, uçot dərəcələrinin real iqtisadiyyata təsiri yetərincə deyil:

"Uçot dərəcələri mərhələli endirilir. Bu, yaxşı haldır. Bu, makroiqtisadi göstəricilərdən də asılıdır. İnflyasiyanın dərəcəsi ötən illər çox idi. Bu enişi birdən həyata keçirmək mümkün deyildi. Bizdə uçot dərəcələri inkişaf etmiş ölkələrə nisbətən yüksəkdir. Müsbət haldır ki, keçən il 30 yanvarda da endirildi. Görürük ki, mərhələli-mərhələli eniş baş verir. Burda problem var ki, uçot dərəcələrinin real iqtisadiyyata təsiri yetərincə deyil. Digər alətlərdən də istifadə etmək olar. Müvafiq tədbirlər görülməlidir ki, digər alətlərin də təsiri artsın. Görünür ki, bu tədbirlər Mərkəzi Bank tərəfindən həyata keçirilir. İnanıram ki, bu, təsirli olacaq, həm makroiqtisadi sabitliyi təmin edəcək, həm kreditlərin ucuzlaşmasına gətirib çıxaracaq".


BiG.Az
phrase_var_article.chosen
20
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close