AZ

Kolumbiya bütün Argentina diplomatlarını ölkədən çıxarır

Kolumbiya Argentina prezidenti Xavyer Mileinin prezident Qustavo Petronun “qatil terrorçu” olduğunu deməsindən sonra ölkədəki bütün argentinalı diplomatların deportasiya ediləcəyini açıqlayıb.

Editor.az xəbər verir ki, Kolumbiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada Mileinin prezident Petro ilə bağlı qəbuledilməz ifadələr işlətdiyi bildirilib.

Prezident Petronun Kolumbiya xalqının azad iradəsi nəticəsində demokratik yolla seçildiyi xatırladılan bəyanatda, “Argentina prezidentinin açıqlamaları xalqımızın etimadına, eləcə də demokratik yolla seçilmiş prezident Petronun şərəfinə xələl gətirdi”,- deyə bildirilib.

Milei CNN-ə verdiyi müsahibədə Petro haqqında belə deyib: “Qatil terrorçu olan birindən çox şey gözləmək olmaz”. Yerli mətbuatın məlumatına görə, Kolumbiya Xarici İşlər Nazirliyinin deportasiya qərarını diplomatik kanallarla Argentina səfirliyinə çatdıracaq.

//Gülnarə Abasova, Editor.az

phrase_var_article.chosen
20
1
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close