AZ

“Özümü öldürmək istəyirdim” – Rişarlison

Brazilya millisinin üzvü Rişarlison özünü öldürmək istədiyini bildirib.

KONKRET.az xəbər verir ki, o, buna səbəb kimi ölkəsinin yığmasının 2022-ci ildə Qətərdə keçirilən futbol üzrə dünya çempionatının 1/4 finalında mübarizəni dayandırmasını göstərib.

Futbolçu “ESPN Brasil”ə açıqlamasında bu barədə danışıb: “Dünya çempionatında zirvədə olanda oynayırdım. Daha sonra depressiyaya düşdüm. Sadəcə ölümü düşünür, özümü öldürmək istəyirdim”.

Qeyd edək ki, futbolçu mundialdan sonra psixoloqa getdiyini təsdiq etmişdi.

phrase_var_article.chosen
23
1
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close