AZ

Ermənistan rus sərhədçiləri ÇIXARIR

Ermənistanda “Zvartnots”da işləmək üçün işə qəbul elanı verilib.

NOCOMMENT.az xəbər verir ki, Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunları dövlət sərhədinin “Zvartnots”, “Baqrataşen” və digər sərhəd-buraxılış məntəqələrində işləmək üçün kiçik zabit vəzifələrinə vətəndaşların qəbulunu elan edib.

Müraciətlər yaşı 30-a qədər olan qadın və kişilərdən qəbul edilir, kişilər üçün hərbi xidmət məcburidir. Namizədlərdən erməni dilindən əlavə, rus və ya ingilis dilini bilmək tələb olunur.

Qeyd edək ki, Paşinyan hakimiyyəti avqustun 1-dən “Zvartnots” hava limanından rus sərhədçilərinin çıxarılacağını, yalnız erməni sərhədçilərinin xidmət aparacağını bildirib.

Seçilən
43
50
Mənbələr
Şərh ()
Bağla