AZ

"Mən onlardan yalnız və yalnız çempionluq tələb edirəm, başqa məqsədimiz ola bilməz“

“Hədəfimiz çempion olmaq, yenidən Premyer Liqaya qayıtmaqdır”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında ”Şamaxı”nın baş məşqçisi Ramiz Məmmədov deyib.

Mövsümün əvvəlində əyalət təmsilçisinin sükanı arxasına keçən təcrübəli mütəxəssis I Liqada gərgin mübarizə getdiyini bildirib.

55 yaşlı çalışdırıcı hazırda 34 xalla turnir cədvəlinin üçüncü pilləsində qərarlaşan və liderdən 2 xal geri qalan “Şamaxı”nın Premyer Liqaya dönməyi hədəflədiyini söyləyib:

”İlk beş pillədə qərarlaşan komandaların hamısının çempionluq şansı var. Burada asan oyun yoxdur.

Hər həftə bir və ya bir neçə sürpriz nəticə qeydə alına bilər. Əvvəlki illərlə müqayisə etsək, çempionatın səviyyəsi artıb.

Əksər komandalar heyətinə legionerlər qatıb. Peşəkarlıq istiqamətində irəliləyiş də görürəm.

Mən təqvimdən narazıyam. Oyunlar həftəiçi keçildiyindən, stadionlara gələnlərin sayı azdır.

Deyərdim ki, ən böyük problemimiz oyunların həftəiçi keçirilməsidir. Azarkeşsiz oyun futbolçunu motivasiyadan salır.

Futbol həvəskarları özləri də bizə deyirlər ki, oyunlara gəlmək istəyirik, amma işdən çıxa bilmirik. Bu da həm fanatların, həm də futbolçuların narahatlığına səbəb olur.

Ümid edirəm ki, bu, müvəqqəti haldır və tezliklə oyunlara azarkeş marağı artacaq.

Bunu futbolçulara demişəm, biz Premyer Liqaya qayıtmalıyıq. Mən onlardan yalnız və yalnız çempionluq tələb edirəm. İkinci bir məqsədimiz ola bilməz“.

“Şamaxı” növbəti matçını martın 29-da çempionatın ikinci sırasında yer alan “İmişli”yə qarşı keçirəcək.

phrase_var_article.chosen
18
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close