AZ

“Real” narahat deyil - Mbappeyə gəlsə, ab-hava pozulmayacaq

“Real” PSJ-nin hücumçusu Kilian Mbappenin Madrid klubuna transferindən sonra komandadakı ab-havanın dəyişəcəyindən narahat deyil.

Sportinfo.az xəbər verir ki, fransalı futbolçu Madrid klubunda böyük maraq görür.

Mbappe şəxsən klub prezidenti Florentin Peresin əsas transfer hədəfi olub və belə də qalır.

Daha əvvəl Mbappenin yay transfer pəncərəsində PSJ-dən ayrılıb karyerasını “Real”da davam etdirə biləcəyi barədə məlumat yayılıb.

Hücumçu bu xəbəri özünün rəsmi şəkildə AÇ-2024-ə qədər açıqlayacağını bildirib.

25 yaşlı futbolçu 2018-ci ildən PSJ-də çıxış edir. Onun klubla müqaviləsi 2024-cü ilin yayında başa çatır. Mbappe bu mövsüm bütün turnirlərdə 37 matçda iştirak edib, 38 qol vurub və 8 məhsuldar ötürmə edib.

Seçilən
21
13
Mənbələr
Şərh ()
Bağla