AZ

"Özümü çox tənqid edirəm, nə vaxt yaxşı, nə vaxt pis oynadığımı bilirəm" - MESSİ

“İnter Mayami”nin hücumçusu Lionel Messi futbolçu karyerasının bitmə vaxtı ilə bağlı sualı cavablandırıb.

Sportinfo.az xəbər verir ki, argentinalı futbolçu oyundan həzz almadığı və komandasına kömək etmədiyini hiss etdiyi anda karyerasını bitirəcəyini etiraf edib:

“Daha oynaya bilməyəcəyimi hiss etdiyim anda və komanda yoldaşlarıma kömək edə bilmədikdə təqaüdə çıxacam. Özümü çox tənqid edirəm, nə vaxt yaxşı, nə vaxt pis oynadığımı bilirəm.

Bu addımı atmağın vaxtının gəldiyini hiss edəndə, yaşı düşünmədən bunu edəcəm. Özümü yaxşı hiss etsəm, oynamağa davam etməyə çalışacam, çünki bu, mənim sevdiyim və necə edəcəyimi bildiyim şeydir”.

36 yaşlı Messinin “İnter Mayami” ilə müqaviləsi 2025-ci ilin dekabrına qədərdir.

phrase_var_article.chosen
21
50
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close