AZ

Bağçalarda rəhbər vəzifələrə kişilərin cəlb edilməsinə ehtiyac var

“Kişilərin də uşaq bağçaları sektorunda rəhbər vəzifələrə cəlb edilmələrinə ehtiyac var. Belə olarsa, məktəbəqədər təhsil müəssisələri, uşaq bağçalarında keyfiyyət dəyişikliyi baş verəcək”. 

Valyuta.az-a açıqlamasında bunu sosioloq Əhməd Qəşəmoğlu uşaq bağçalarına rəhbər vəzifələrə xanımlarla yanaşı, kişilərin də cəlb edilməsi məsələsini şərh edərkən deyib: 

“Azərbaycanda uşaq bağçası sahəsi üzrə yalnız xanımların işləməsi ənənəsi yaranıb. Adətən ölkəmizdə evdə uşaqların tərbiyyəsilə daha çox analar məşğul olur. 

Bu səbəbdən mövcud ənənə uşaqların təlim-tərbiyyəsi məsələsində də özünü göstərir. Amma müasir dövrün tələblərini dərindən təhlil edəndə uşaq bağçalarına həmçinin kişi cinsindən olanların rəhbərlik etməsi məsələsinin ciddi əhəmiyyətinin olduğunu görərik. 6 yaşa qədər uşaqların təlim-tərbiyyə sistemi olduqca vacibdir. İnsanın xarakteri 30 faiz gendən gəlir, 30 faiz ana bətnində formalaşırsa, 30 faizdən də artıq 6 yaşa qədər dövrdə formalaşır. Ona görə də uşaq bağçaları yaradılıb. 

Lakin təlim-tərbiyyə məsələsini yalnız qadınların öhdəsinə buraxmaq doğru deyil. Bu məsələni 6 yaşa qədər uşaqların təlim-tərbiyyəsi üçün vacib olan işləri yerinə yetirməyə daha təcrübəli olanların öhdəsinə buraxmalıyıq ki, burada kişilərin də rolu vardır. Ona görə müasir dövrdə kişilərin də uşaq bağçalarında işləməsi, ora rəhbərlik etmələrinə tələbat yaranıb. Uşaqların təlim-tərbiyyəsilə bağlı disertasiyaları xanımlarla yanaşı, kişi cinsinin nümayəndələri də yazır. 

Deməli, bu sahədə təcrübəli kişi cinsinin nümayəndələri də var. Uşaq bağçalarına həmçinin kişilərin rəhbərlik etməsilə burada təlim-tərbiyyə alan uşaqlar yalnız qadınlardan deyil, həm də kişilərdən nümunə götürməklə birtərəfli formalaşmayacaqlar”. 

Ramiz

Seçilən
21
Mənbələr
Şərh ()
Bağla