AZ

Urmu gölü ətrafında yenidən duz fırtınaları yüksəlib

İran hakimiyyətinin və bu ölkənin Ətraf Mühitin Mühafizəsi Təşkilatının Urmu gölünün canlanması ilə bağlı iddialarına baxmayaraq, göl ətrafında ekoloji problemlər davam edir.

Bu barədə yerli sosial media fəallarının paylaşımlarında bildirilib.

Martın 27-də çəkilən videolarda gölün qurumuş yatağından sovrulan duzların ətraf bölgələrdə duz fırtınalarının yaranmasına səbəb olduğu görünür.

Yerli internet istifadəçiləri paylaşdıqları videolar və yazdıqları şərhlərdə Ətraf Mühitin Mühafizəsi Təşkilatının rəhbəri Əli Səlaciqəni işarələyərək yalan məlumat yaymaqda günahlandırıblar.

Son istatistikaya görə, mövsimi yağıntılardan sonra Urmu gölünün 1200 kvadrat kilometrilik hissəsində 1 milyard 500 min kubmetrə yaxın su toplanıb.

Gölün orta ekoloji sahəsi 4635 kvadrat kilometr, minimum ekoloji su həcmi 15 milyard kubmetr, maksimum su həcmi isə 30 milyard kubmetr olmalıdır.

Qeyd edək ki, Urmu gölü ətrafında baş qaldıran duz fırtınaları kənd təsərrüfatına ziyan vurmaqla yanaşı bölgədə müxtəlif xəstəliklərin yayılmasına səbəb olub.

İran Enerji Nazirliyinin keçmiş rəsmisi Məhəmmədəli Müstəfəvi bir müddət əvvəl özünün sosial media hesabındakı paylaşımında bu barədə bildirib.

O, son illər Urmu gölünə yaxın kəndlərdə xərçəng xəstəliyinə yoluxan və bu səbəbdən ölənlərin sayının kəskin artdığını yazıb.

visiontv.az



phrase_var_article.chosen
55
1
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close