AZ

“Daha 5 mövsüm yaxşı səviyyədə oynaya bilərəm” - Lunyov

“Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya Premyer Liqasına qayıtmaq ehtimalından danışıb.

Rekord.az “Match TV”-yə istinadən xəbər verir ki, qapıçı bunun üçün bir çox nüansa baxmalı olduqlarını bildirib:

“Mənim müəyyən kriteriyalarım var. Həyat yoldaşımla birlikdə təhlil edəcəyik, müsbət və mənfi tərəfləri görəcəyik. Çünki uşaq böyüyür və yetkinləşir. Onun gələcəyini və məktəbini düşünməliyik. Harada məskunlaşacağımız, ailə yuvamızın harada olması barədə qərar verəcəyik.

“Növbəti müqaviləmin müddətinə də baxmaq lazımdır. Artıq yaşın 32-33 olduğunu başa düşmək lazımdır. Amma hisslərimdən, səhhətimdən anlayıram ki, 2-5 mövsüm yaxşı səviyyədə oynaya bilərəm”.

Andrey Lunyov 2023-cü ilin avqustundan “Qarabağ”ın uğurları üçün çalışır. Onun ağdamlılarla müqaviləsi mövsümün sonuna kimidir.

Seçilən
43
2
Mənbələr
Şərh ()
Bağla