AZ

Almaniya Ukraynaya nə "Taurus", nə də hərbçi göndərəcək - Kansler

Almaniya Ukraynaya kömək etməklə yanaşı, Rusiya Federasiyası ilə NATO arasında müharibənin qarşısını almaq üçün əlindən gələni edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə yerli “Märkische Allgemeine” nəşrinə müsahibəsində Almaniya kansleri Olaf Şolz bildirib.

Kansler qeyd edib ki, hökumətin başçısı kimi o, Avropada müharibə və sülh, eləcə də təhlükəsizlik məsələləri üçün məsuliyyət daşıyır.

"Bu, "Taurus" məsələsinə də aiddir. Ukraynaya güclü dəstəkdən əlavə, mənim üçün bir şey vacib olaraq qalır: biz müharibənin, yəni Rusiya ilə NATO arasında müharibənin baş verməməsi üçün mümkün olan hər şeyi edəcəyik", - Şolz deyib.

O əlavə edib ki, Almaniya öz qoşunlarını Ukraynaya göndərməyəcək və qeyd edib ki, Berlin Kiyevə hər cür silah tədarükünü diqqətlə ölçür.

Şolz qeyd edib ki, Almaniya lazım olduğu müddətdə Ukraynanı dəstəkləməyə davam edəcək və buna görə də Rusiya Prezidenti Vladimir Putin Kiyevə yardımın zəiflədilməsinə ümid etməməlidir.

Qeyd edək ki, keçən il Ukrayna Almaniyadan 500 kilometr məsafədə hədəfi vura bilən uzaqmənzilli “Taurus” raketləri istəmişdi. Bununla belə, Berlin bu məsələdən yayınır və Şolz şəxsən buna qarşı çıxır, çünki bu cür tədarüklər guya yerdə alman əsgərlərinin olmasını tələb edir.

Kansler digər məsələlərlə yanaşı, raketlərdən düzgün istifadə edilməməsinin Moskvadakı hədəflərdən birinə zərbə endirməsinə səbəb ola biləcəyini bəyan edib.

Turan İSMAYIL

phrase_var_article.chosen
141
31
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close