AZ

“Ermənistan-Aİ-ABŞ görüşü Rusiyada narahatlıq doğurur”

“Brüsseldə Ermənistan, Avropa İttifaqı və ABŞ arasında keçiriləcək üçtərəfli görüş Rusiyada narahatlıq doğurur”.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova öz teleqram kanalında yazıb. 

“Bu cür tədbirlər Rusiyada narahatlıq doğurur, çünki ABŞ və Aİ nümayəndələri tərəfdaşlarımıza birbaşa deyirlər ki, onların əsas istiqaməti Rusiyaya qarşıdır. Bu cür görüşlər regionun əksər ölkələrində narahatlıq doğurur. Ona görə ki, bu görüşlər Azərbaycanla Ermənistan arasında sülhün nail olunmasına deyil, Cənubi Qafqazda yeni bölücü xətlərin yaradılmasına, region ölkələrinin anti-Rusiya gündəliyinə riayət edilməsinə məcbur etməyə, onların Moskva ilə olan çoxəsrlik əlaqələrinin məhv edilməsinə, mövcud regional təhlükəsizlik və iqtisadi əməkdaşlıq mexanizmlərinin sarsıdılmasına yönəlib. Rəsmi İrəvanın söhbətin nədən getdiyini anlamaması kimi davranması böyük sual doğurur. Axı Ermənistanı bütün dünyanın gözü qarşısında kollektiv Qərbin həddindən artıq təhlükəli planlarının həyata keçirilməsi üçün alətə çevirirlər, - deyə Zaxarova qeyd edib. 

Qeyd edək ki, aprelin 5-də Brüsseldə Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen və ABŞ dövlət katibi Entoni Blinken arasında görüş keçiriləcək.

Mənbə: qafqazinfo.az

Aqreqator
phrase_var_article.chosen
23
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close