AZ

Kərim iftar məclislərindən gileyləndi: “3 manatlıq supa görə...”

Müğənni Kərim Abbasov onu iftar yeməyinə dəvət edən dostlarından gileylənib. 

Yenisabah.az xəbər verir ki, dostlarına səslənən ifaçı dost-tanışlarından onu uzaq məsafəyə iftar qonaqlığına dəvət etməmələrini tələb edib: 

“Əziz məni iftar qonaqlığına dəvət edən dostlarım, sizdən çox rica edirəm, başınıza dönüm, qonaqlığınızı Mərdəkan, Şüvəlan, Novxanı, Pirşağı, Sumqayıt, Nasosnu kimi yerlərə salmayın. Qurban olum, salmayın! Tıxacla gəlib çıxmaq olmur. Özü də oruc olan adam onsuz da əsəbi, gərgin olur, indi iş də başlayıb, elə gözləyirsən ki, vaxt tamam olsun su içəsən, siqaret çəkəsən, özünə gələsən. Qardaş, mən bu əsəblə, tıxacla necə gəlib çıxım Mərdəkana, Novxanıya, Zığa?! Mən saat neçədə evdən çıxım ki, iftara qədər gəlib siz dediyiniz yerdə olum? Nə olar, ondansa, məni dəvət eləməyin. Mən 3 manatlıq supla doyan adamam. Supa görə 40 kilometr maşın sürmək istəmirəm! Allah qəbul eləsin!” 

Onun bu paylaşımı birmənalı qarşılanmayıb. Bəziləri Kərimin hərəkətini hörmətsizlik adlandırıb. 

Həmin kadrları təqdim edirik: 


Telegram kanalımız
phrase_var_article.chosen
143
4
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close