AZ

Tolik blogerlərin fırıldağının üstünü açdı

Teleaparıcı Tarix Əliyev (Tolik) son paylaşımı ilə hər kəsi təəccübləndirib.

Yenisabah.az xəbər verir ki, o bu dəfə bəzi blogerləri fırıldaqçılıqda ittiham edib.

Tolikin iddialarına görə, blogerlər reklam üçün şirkətlərdən pul alsa da, onlara müştəri göndərmir. Reklam sifariş edən şirkətə isə blogerlərin öz adamları saxta müştəri obrazında zəng vurur:

“Blogerlərlə bağlı çox paylaşımlar olunub. Hətta bir çox bloger səhifəsində yalançı şərhlər yazdırır, sonra deyirlər ki, guya baxış sayı, şərhləri filan  qədərdir.

Üstəlik, bir çox blogerin fırıldağı üzə çıxıb. Blogerlərə reklam verirsiniz və bunun müqabilində təbii ki, onlardan müştəri də tələb edirsiniz. Blogerlər isə reklamı paylaşdıqdan sonra özlərinə məxsus xüsusi şəbəkəni işə salır və onlar reklam verən şirkətə, salona, mağazaya “müştəri” kimi zənglər etdirirlər, yer bron, gün təyin edirlər.

Təyin edilmiş gündən bir gün öncə salon onları yığanda deyirlər ki, yox, məclisimiz təxirə düşdü, gələsi olmadıq”.

T.Əliyev yaxın zamanda həmin fırıldaqçı blogerlərin adlarını da açıqlayacağını bildirib:

“Bu fırıldaqçıların adlarını bir-bir deyəcəyəm, buna çox az qalıb, gözləyin...

Bəs siz bilirdiniz bunu? Yəni reklam verən şəxsi aldadaraq yalandan öz adamları zəng vurub maraqlanır və ya bron edib sonradan ləğv etdirirlər”.

 


Telegram kanalımız
phrase_var_article.chosen
26
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close