AZ

ABŞ-də körpü çökdü: 6 ölü

ABŞ-nin Merilend ştatında yük gəmisinin vurması nəticəsində çökən Francis Scott Key körpüsündən çaya düşən 8 nəfərdən 2-i xilas edilsə də digər 6 nəfərin öldüyü təxmin edilir.

525.az xəbər verir ki, polis rəsmiləri dünən yerli vaxtla saat 01:30 radələrində yük gəmisinin Francis Scott Key körpüsünün sütunlarından birinə çırpılması nəticəsində Patapsko çayına düşən 8 inşaat işçisindən 6-nın sağ qalması ümidlərinin tükəndiyi açıqlayıb.

Sahil mühafizə bölməsindən Şennon Gilret axşam saatlarında keçirdiyi mətbuat konfransında çay suyunun soyuqluğuna və qəzadan sonra keçən müddətə istinad edərək: "Bu məqamda bu insanların heç birini sağ tapacağımızı düşünmürük", - deyib.

Qeyd edək ki, səlahiyyətlilər 6 işçinin axtarışlarının dalğıclarla davam etdiriləcəyini vurğulayıb.

Məhəmməd Tağıyev






















Bizi İnstagramda izləyin

phrase_var_article.chosen
46
1
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close