AZ

Ronaldodan hakimə qarşı sərt etiraz - FOTO 

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo Sloveniya  ilə yoxlama oyunundakı hakimlikdən narazı qalıb. 

Yenisabah.az xəbər verir ki, Lyublyanadakı “Stojice” stadionunda keçirilən görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

 Matçdan sonra meydanı həddindən artıq narazı tərk edən Ronaldo ehtiyat hakimin üstünə qışqıraraq Sloveniya millisinin qapısına iki penaltinin təyin olunmadığını jestlə göstərib. 

Xatırladaq ki, Portuqaliya millisi Avrop çempionatına Çexiya, Türkiyə və Gürcüstanla eyni qrupda çıxış edəcək.  

Qeyd edək ki, Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. 


Telegram kanalımız
phrase_var_article.chosen
23
2
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close