AZ

Kolumbiya ölkədəki bütün argentinalı diplomatları deportasiya edir


Kolumbiya Argentina prezidenti Xavyer Mileinin prezident Qustavo Petronu “qatil terrorçu” adlandırmasından sonra ölkədəki bütün argentinalı diplomatların deportasiya ediləcəyini açıqlayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Kolumbiyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Milei Qustavo Petro haqqında qəbuledilməz ifadələr işlədib və buna görə də bütün argentinalı diplomatlar deportasiya ediləcək.
Qeyd olunub ki, prezident Petro Kolumbiya xalqının azad iradəsi nəticəsində demokratik şəkildə seçilib:
“Argentina prezidentinin açıqlamaları təkcə millətimizin etibarına xələl gətirmədi, həm də demokratik yolla seçilmiş Prezident Petronun şərəfinə xələl gətirdi”.
Qeyd edək ki, Milei CNN-ə verdiyi müsahibədə Petro haqqında “Qatil terrorçu olan birindən çox şey gözləmək olmaz” deyə bildirib.
Xatırladaq ki, Argentina Prezidenti Mileinin ölkəsindəki seçki kampaniyası zamanı sosialist və kommunist siyasətçilərə qarşı işlətdiyi sərt ifadələr Petro tərəfindən “Hitlerin sözləri” ilə müqayisə edilib.
19 noyabr 2023-cü ildə Milei seçkilərin ikinci turunda qalib gəldikdən sonra açıqlama verən Petro, nəticəni “kədərli” olaraq xarakterizə edib.
Petronun Mileiyi Argentinanın keçmiş diktatoru Xorxe Videla və Çilinin keçmiş hərbi diktatoru Auqusto Pinoçetlə müqayisə etməsi də ikisi arasında gərginliyə səbəb olub.
Seçilən
26
Mənbələr
Şərh ()
Bağla