AZ

Rusiya Rumıniyada NATO bazasının tikintisi ilə bağlı hərbi riskləri qiymətləndirəcək

Rusiya Xarici İşlər Nazirliyi NATO-nun Şərqi Avropa və Qara dəniz regionunda hərbi mövcudluğunun güclənməsindən narahatlığını ifadə edərək, alyansın Rusiya Federasiyası ilə mümkün münaqişələrə hazırlığına işarə edib.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya XİN-dən verilən açıqlamada qeyd olunub.

Bildirilib ki, Rusiya Rumıniyada NATO bazasının tikintisi ilə bağlı riskləri qiymətləndirəcək və hərbi planlaşdırma zamanı bunları nəzərə alacaq.

"NATO-nun Şərqi Avropa və Qara dəniz regionunda fəaliyyəti müttəfiqləri Rusiya ilə potensial toqquşmaya hazırlamaq məqsədi daşıyır. NATO-nun Şərqi Avropa və Qara dəniz regionunda fəaliyyəti təxribat xarakterlidir və Rusiyanın təhlükəsizliyinə əlavə təhdidlər yaradır", - Rusiya XİN-in bəyanatında qeyd olunub.

phrase_var_article.chosen
24
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close