AZ

Beşiktaş yeni mövsümdə ilk transferi

Bu mövsüm gözləntiləri aşağı salan Beşiktaş artıq növbəti mövsüm üçün heyət planlaması üzərində işlərə başlayıb. Gənc və potensial adlara diqqət yetirən “Ağ-qaralar” Kasımpaşanın müdafiəçisini gündəminə gətirib.

Fins.az xəbər verir ki, “TRT Spor”un xəbərinə görə, siyahıya əlavə olunan həmin ad Beşiktaş Yasin Özcandır.

Bu mövsüm Kasımpaşa ilə böyük irəliləyiş edən 17 yaşlı müdafiəçi bir çox komandanın diqqətini çəkib.

Futbol komandalarının baş koordinatoru Səməd Aybabanın Yasin Özcanı çox bəyəndiyi xəbərlərdə ətraflı şəkildə işıqlandırılıb.

"Beşiktaş"ın mövsümün sonunda gənc müdafiəçi üçün Kasımpaşaya rəsmi təklif göndərəcəyi vurğulanıb.

Bu mövsüm Superliqa və Türkiyə Kubokunda Kasımpaşa ilə ümumilikdə 33 matça çıxan Yasin Özcan 2578 dəqiqə meydanda olub.

17 yaşlı müdafiəçi də 2 qol və 1 məhsuldar ötürmə ilə hesaba töhfə verib.

Günel Məlikzadə
Fins.az

 

phrase_var_article.chosen
44
7
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close