AZ

Daha 27 şəhid ailəsi üzvü Naxçıvandan Şuşaya yola düşüb

Martın 28-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi tərəfindən 27 şəhid ailəsi üzvünün Şuşaya səfəri təşkil edilib.

 

Senzor.az bildirir ki, səfərdən əvvəl şəhid ailələri Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək önünə tər çiçəklər düzüblər.

 

Səfər çərçivəsində şəhid valideynləri Qarabağın tacı Şuşada aparılan abadlıq-quruculuq işləri ilə tanış olacaq, qədim şəhərin tarixi yerlərinə baş çəkəcəklər. Həmçinin onların Xocavənd rayonuna da gedişləri təmin ediləcək.

 

Qeyd edək ki, Naxçıvandan ötən ilin dekabrında da bir qrup şəhid ailəsinin Şuşaya səfəri təşkil olunmuşdu. Qarabağa səfərlər bundan sonra da davam etdiriləcək. 

 

Səfər çərçivəsində şəhid ailələrini Yerli "Şərq qapısı" qəzetinin əməkdaşları da müşayiət edirlər.

phrase_var_article.chosen
48
10
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close