AZ

"Bir səs məni futbol oynamağa təhrik edirdi" - Əmircanov

Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Əmircanov karyerasını bərpa edib. Belə ki, o, II Liqa təmsilçisi "Cəbrayıl"la mövsümün sonuna qədər müqavilə imzalayıb.

Əmircanov "FutbolPress"ə açıqlamasında bu qərarının səbəbini açıqladı

"Bir çox futbolçular karyerasını bitirdikdən sonra bu sahədən ayrı düşə bilmirlər. Mən də hiss edirdim ki, oynamaq üçün gücüm var və çıxış etdiyim komanda üçün fayda verə bilərəm. Sanki daxildən bir səs məni futbol oynamağa təhrik edirdi. Komanda rəhbərliyi tərəfindən təklif gəldi, düşündüm və qərara aldım ki, mənə inam varsa, bunu doğrultmalıyam və "Cəbrayıl"da çıxış etməyə razılıq verdim".

O, "Cəbrayıl"la müqavilənin digər planlara təsir etmədiyini dedi:

"Plan elə qurulub ki, bu iş digər məsələlərə mane olmur. Məsələn, "Cəbrayıl"ın məşqləri axşam saatlarında olur. "Araz-Naxçıvan"la isə səhər çalışırıq. Çempionat oyunları keçirilən vaxt komandada istirahət vaxtı olur deyə hər şey öz axarında gedir. Qeyd etdiyim kimi, təklif gəldikdə, düşündüm və gördüm ki, "Cəbrayıl"da çıxış etmək digər işlərimə mane olmayacaq və buna görə də komanda ilə müqavilə imzaladım. Komandada təcrübəli futbolçular var, həmçinin gənclərə dəstək olmalıyıq. Onlarla oynamaq gənc futbolçular üçün motivasiyadır".

Sabiq "Neftçi"li komandasının əsas məqsədinin I Liqaya vəsiqə qazanmaq olduğunu qeyd etdi:

"Komandanın məqsədi I Liqaya çıxmaqdır. Ona görə də bütün qarşılaşmalara 3 xal üçün çıxırıq. Düşüncəmizdə ancaq qələbə var. Ab-hava olduqca yüksəkdir. Hamısı istedadlı futbolçudur. Müqaviləm mövsümün sonuna qədərdir. Əgər "Cəbrayıl" I Liqaya vəsiqə qazanarsa, rəhbərlik qalmağımı istəsə, canla-başla razılıq verib onlara kömək etməyə hazıram. Bir sözlə, mövsümün sonuna bu barədə qərar veriləcək".

Məlik Məlikov
phrase_var_article.chosen
28
50
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close