AZ

"Azərbaycanda mövcud sabitliyə və təhlükəsizliyə təhdid riskləri bu gün də var" - DTX RƏİSİ

Hazırkı geosiyasi vəziyyət Rusiya-Ukrayna müharibəsi və digər qanlı toqquşmalarla müşayiət olunur. Bu da öz növbəsində dünya nizamına ciddi təsir göstərməklə yanaşı, əməliyyat şəraitinin mürəkkəbləşməsinə səbəb olur.

Bunu DTX rəisi general-polkovnik Əli Nağıyev rəsmi qəzetdə dərc olunan məqaləsində bildirib.

O qeyd edib ki, beynəlxalq aləmdə gedən proseslər, təbii ki, ölkəmizdən də yan keçmir və o da sirr deyil ki, Azərbaycanda mövcud sabitliyə və təhlükəsizliyə təhdid riskləri bu gün də vardır.

“Görünən odur ki, respublikamızın dünya miqyasında gündən-günə artan nüfuzu, həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə qazandığı ardıcıl qələbələr, o cümlədən, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması üçün yaranmış əlverişli şərait bir sıra Qərb ölkələrini, məqsədi bölgədə heç də sülh və sabitliyin təmin edilməsi olmayan və iki dövlətin sərhədində “müşahidə missiyası” adı altında fəaliyyət göstərən dairələri, xüsusilə Qarabağ münaqişəsinin nizamlanması prosesində vasitəçilik missiyasını üzərinə götürən, əslində isə birtərəfli mövqe tutaraq uzun illər ərzində Ermənistana himayədarlıq edən, ona hərtərəfli dəstək göstərən Fransanı ciddi narahat edir”, – deyə Ə.Nağıyev bildirib.

Seçilən
27
3
Mənbələr
Şərh ()
Bağla