AZ

Sümüklərin güclənməsi üçün nə yeməliyik?

Bədənimizin ağırlığını daşıyan və sərbəst hərəkətimizi təmin edən sümüklər vaxt keçdikcə zəifləyir. İnsan yaşa dolduqca osteoporoz kimi ciddi təhlükə ortaya çıxır. Bəs sümüklərin ən kiçik zərbə ilə qırılmasına səbəb olan bu problemi həll etmək üçün tədbir görmək mümkünmü? Yaşlı insanlar güclü sümüklərə sahib olmaq üçün nə etməlidir?

Türkiyəli mütəxəssis Buğra Buyrukçu mövzu ilə bağlı araşdırma aparıb.

Mütəxəssis bildirir ki, sümükləri sağlam saxlamaq üçün vacib olan əsas şərtlərdən biri düzgün qidalanmadır. Düzgün qidalanma dedikdə sümüklərimizi gücləndirməyə kömək edən kalsium, fosfor, maqnezium, kollagen, K və D vitamini və minerallardan istifadə nəzərdə tutulur. Bu maddələrlə zəngin qida mübarizənin ilk şərtidir.

Sağlam sümüklər dedikdə ağlımıza ilk gələn kalsium olur. Kalsium sümüklərin sağlam qalması üçün çox əhəmiyyətli olsa da, kifayət deyil. Süd və süd məhsulları, soya, fıstıq, qoz, badam, kələm, brokoli, yaşıl yarpaqlı tərəvəzlər, balıq, quru meyvələr və paxlalılar kimi kalsiumla zəngin qidaları rasiona daxil etmək və bunlardan mütəmadi istifadə zəruridir. Alınan kalsiumun daha təsirli olması üçün D vitamini ehtiyatını da artırmaq zəruridir. Çünki bədəndə kifayət qədər D vitamini yoxdursa, kalsium bağırsaqlarda lazımınca sorulmur.

Günəşdən əlavə, balıq məhsulları, yumurta sarısı və yağ kimi qidalar D vitamini ehtiyacını qarşılamağa kömək edən qidalar arasındadır. Sağlam sümüklərə sahib olmaq üçün lazım olan komponentlərdən biri də K vitamini, maqnezium və kollagendir. Sümüklərin ümumi olaraq güclənməsi üçün bu maddələrin də orqanizmdə yetərli miqdarda olması zəruridir(azərtac).

phrase_var_article.chosen
147
49
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close