AZ

Azərbaycan Teatr Xadimləri İttifaqında Beynəlxalq Teatr Günü qeyd edilib

27 mart 2024-cü il tarixdəAzərbaycan Teatr Xadimləri İttifaqındaBeynəlxalq Teatr Günü qeyd edilib.Görkəmli sənət adamları, ziyalılar, media nümayəndələri və sənətsevərlərin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə İttifaqın məsul katibi Aida Qafarova açıb. O, Beynəlxalq Teatr Gününün təsisolunma tarixindən danışıb, teatrı sevən hər kəsi bayram münasibəti ilə təbrik edib.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə həyata keçirilən "QONAQ TEATR" layihəsi çərçivəsində Bakıya dəvət olunan Qusar Dövlət Ləzgi Dram Teatrı ilə bu əlamətdar günü qeyd etməkdən məmnunluğunu bildirən A.Qafarova daha sonra tamaşaçıları teatrın təqdim etdiyi"Adət" (Turqut Özakman) tamaşasına baxmağa dəvət edib.

Alqışlarla qarşılanan tamaşadan sonra teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Faiq Qardaşov və tamaşanın rejissoru, Əməkdar artist Xəzər Gəncəli İttifaqın Fəxri fərmanı ilə təltif olunublar.

Seçilən
27
1
Mənbələr
Şərh ()
Bağla