AZ

Tarixçi alim: Həmrəy olaraq qarşıya qoyulan bütün hədəflərə mütləq çatacağıq

Tarixçi

Bakı, 28 mart, AZƏRTAC

Azərbaycanın heç vaxt başqa ölkələrin torpağında gözü olmayıb, amma təəssüf ki, bizim ərazilərimiz qonşularımızın həmişə maraq dairəsində olub. Biz xalq olaraq tarix boyu bunun əziyyətini çəkmişik. Amma hər şeyin bir sonu olur.

AZƏRTAC xəbər verir ki, bu fikirləri tarix üzrə fəlsəfə doktoru, AMEA-nın Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan şöbəsinin müdiri Cəbi Bəhramov 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar martın 28-də keçirilən tədbirdə səsləndirib.

Tarixi faktlardan ətraflı bəhs edən C.Bayramov ermənilərin uzun illər azərbaycanlılara qarşı apardıqları etnik siyasətin acı nəticələrini diqqətə çatdırıb. O, Ulu Öndərin Azərbaycan dövlətini və xalqını hər zaman ermənilərin təsir qüvvəsindən, məkrli siyasətindən qoruduğunu da bildirib.

Onun sözlərinə görə, başımıza gətirilən faciə və müsibətlər çar və sovet Rusiyasının erməniləri dəstəkləməsinin nəticəsidir. Ermənilər tək olsaydılar, mərd və mübariz Azərbaycan xalqına heç nə edə bilməzdi.

“Bəzi neft maqnatları Azərbaycan Xalq Cümhuriyyətinin yaşamasını istəmirdilər. Çünki dövlətin qurulması onların maraqlarına zidd idi və onlar Bakı neftini rahat oğurlayıb apara bilməzdilər.

Cümhuriyyətin səhvlərindən biri də İrəvanın ermənilərə verilməsi idi. Faciələrimizi unutmamalıyıq. 20 Yanvar qırğını da, Xocalı faciəsi də 31 Mart soyqırımının davamı idi. Amma bədxah qüvvələr istəklərinə nail ola bilmədilər. Bizim bizdən başqa köməyimiz yoxdur. Həmrəy olaraq qarşıya qoyulan hədəflərə mütləq çatacağıq”, - deyə Cəbi Bəhramov vurğulayıb.

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla