AZ

Ombudsman Səbinə Əliyeva Xankəndidə erməniəsilli sakinlərlə görüşüb

Ombudsman

Bakı, 28 mart, AZƏRTAC

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) mandatı çərçivəsində ölkəmizdə yaşayan milliyyətindən, dinindən, dilindən, irqindən və digər mənsubiyyətindən asılı olmayaraq, hər bir vətəndaşın hüquq və azadlıqlarının təmini məsələlərinə diqqət yetirir. Ombudsman Səbinə Əliyeva Xankəndi şəhərində erməniəsilli sakinlərlə görüşüb, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həssas əhali qrupları üçün yaradılmış sığınacağa baş çəkib.

Ombudsman Aparatından AZƏRTAC-a bildirilib ki, S.Əliyeva müəssisədə, eləcə də müəssisədən kənarda yaşayan və xidmətlərdən faydalanan erməniəsilli sakinlərin hüquq və azadlıqlarının təmini vəziyyəti ilə maraqlanıb, ombudsmanın səlahiyyətləri barədə ətraflı məlumat verib. Eləcə də psixoloq və sosial işçilər tərəfindən sakinlərə göstərilən sosial xidmətlər, qida təminatı monitorinq olunub.

Qəbul edilmiş şəxslərin müraciətləri dinlənilib və onlar göstərilən münasibətdən, yaradılmış şəraitdən razılıqlarını bildiriblər.

Başçəkmə zamanı Ombudsmanın 24 saat fəaliyyət göstərən 916 Çağrı mərkəzi barədə məlumatı özündə əks etdirən plakatlar müəssisəyə təqdim olunub.

Seçilən
65
20
Mənbələr
Şərh ()
Bağla