AZ

Azərbaycan millisinin voleybolçusu İndoneziya klubuna keçib

Azərbaycan

Bakı, 28 mart, AZƏRTAC

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Polina Rəhimovanın yeni klubu bəlli olub.

AZƏRTAC xəbər verir ki, 33 yaşlı hücumçu İndoneziyanın "Qresik Petrokimya" komandasına keçib.

P.Rəhimova son olaraq Türkiyə təmsilçisi "Karayolları"nın formasını geyinib.

O, daha əvvəl Vyetnam, İtaliya, Cənubi Koreya və Braziliya çempionatlarında da çıxış edib.

phrase_var_article.chosen
18
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close