AZ

Qurani-Kərimi təhqir edən siyasətçi saxlanılıb

Qurani-Kərimi

Hollandiyanın Arnhem şəhərində “Vətənpərvər Avropalılar Qərbin İslamlaşmasına Qarşı” (PEGIDA) adlı irqçi qrupun lideri Edvin Vaqensveld Qurani-Kərimə etdiyi çirkin hücuma görə saxlanılıb.

Reyting.az
xəbər verir ki, PEGIDA adlı irqçi qrupun lideri Edvin Vaqensveld növbəti dəfə Qurani-Kərimi hədəfə alıb. O, şəhərə giriş qadağasına etiraz etmək üçün gəldiyi Arnhemdə it bağı taxaraq Qurani-Kərimi küçədə sürüyüb.

Qeyd edək ki, daha əvvəl Qurani-Kərimə etdiyi hücumlara görə 6 ay müddətinə şəhərə girişi qadağan edilən Vaqensveld təxribat xarakterli hərəkətindən sonra tutulub. Polis Vaqensveldin Qurani-Kərimə etdiyi çirkin hücuma görə saxlanıldığını bildirib və onun nə vaxt sərbəst buraxılacağını açıqlamayıb.

V. QULİYEV
phrase_var_article.chosen
19
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close