AZ

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - General

Cənubi Qafqazı qarışdırmaq və orada sülhün, əmin-amanlığın bərqərar olmasını əngəlləmək üçün şər ittifaqı adlandıra biləcəyimiz Fransa, Ermənistan, Hindistan, Yunanıstan kimi ölkələr və onlara yol göstərən ABŞ yeni kirli oyunlar planalaşdırır. Bu mənada Yunanıstanın Ermənistanla hərbi əməkdaşlığı dərinləşdirməsi, silah-sursat və siyasi dəstək verməsi, muzdlu döyüşçülər göndərməsi Afinanın 1991-ci ildən etibarən İrəvana göstərdiyi “qayğı”nın təzahürüdür.
Bu sözləri BUTA.TV-a Yunanıstanın Ermənistanla hərbi əlaqələrini dərinləşdirməsinin səbəbləri haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general-leytenant Yücel Karauz deyib. General-leytenant Türkiyə və Azərbaycanın qurulan kirli planlara səssiz qalmayacağını vurğulayıb:

“Yunanıstan sözügedən addımları həm Türkiyəyə, həm də Azərbaycana qarşı atır. Türkiyənin şərqdə, Azərbaycanın isə qərbdə qonşusu olan Ermənistanın silahlandırılması həm Yunanıstanın, həm də onu maşa kimi istifadə edən ölkələrin maraqlarına uyğundur. Bütün bunlar eyni zamanda Rusiyaya qarşı da atılan addımlardır. Dolayısı ilə bu, Qərbin ikiüzlülüyünün, ikili standartların növbəti təzahürüdür. Özünü guya demokratik adlandıran sadaladığımız ölkələr Ermənistanın sülh masasına oturmaması üçün hər şeyi edirlər. Cənubi Qafqazda sülhü təmin edə biləcək dövlətlər Türkiyə, Azərbaycan və Rusiyadır. Bu üç dövlətin rədd edəcəyi sülh planının gerçəkləşməsi mümkün deyil. İkinci Qarabağ müharibəsi və 24 saatlıq lokal antiterror əməliyyatı tək Ermənistana qarşı yox, həm də onun arxasındakılara qarşı aparılıb. Əgər yenə Ermənistan başqalarının fitnəsi ilə hərəkət etsə, Türkiyə və Azərbaycan da dərhal buna qarşı bütün addımları tərəddüd etmədən qətiyyətlə atacaq. Buna heç kimin şübhəsi olmasın”.

Seçilən
152
3
Mənbələr
Şərh ()
Bağla