F-16 qırıcıları cəbhə xəttində Rusiyanın Su-34 bombardmançıları və Su-30SM qırıcıları ilə effektiv mübarizə aparmağa kömək edəcək.BUTA.TV xəbər verir ki, bunu ukraynalı aviasiya üzrə ekspert Valeri Romanenko bildirib. "Onlar idarə olunan aviasiya bombası daşıyıcılarını effektiv şəkildə vura biləcəklər. Əgər F-16-lar müasir effektiv silahlarla birgə təhvil verilsə, biz təhlükəyə məruz qalmadan ruslara qarşı effektiv hərəkət edə bilərik", - ekspert söyləyib.