AZ

5-ci "Abrams"ın vurulma anı - VİDEO

Rusiya hərbçiləri Ukrayna Silahlı Qüvvələrinin ixtiyarına verilmiş beşinci "M1 Abrams" tankını vurublar.AzVision.az xəbər verir ki, Qərb məşhur tnak modelinin sıradan çıxarılmasını əks etdirən videonu Oryol vilayəti qubernatorunun müşaviri Sergey Lejnev özünün Telegram kanalında yayıb.

Qeyd edilir ki, video Berdıçi kəndi yaxınlığında lentə alınıb. Görüntülərdə tarlanın ortasında dayanmış "Abrams"a ruslara məxsus dronun necə hücum etməsi əks olunub.

Xatırladaq ki, Rusiya bundan öncə bir neçə dəfə hərbçilərin "Abrams" tanklarını vurması barədə məlumat yaymışdı. Bu tanklar döyüş mydanında digər köhnə döyüş maşınlarından üstün cəhətləri ilə seçilirlər.

Tural Tağıyev
AzVision.az

phrase_var_article.chosen
23
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close