AZ

Bərdədə mopedlə maşın toqquşdu - Xəsarət alan var - FOTO

Bərdədə mopedlə minik avtomobili toqquşub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Soğanverdilər kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1961-ci il təvəllüdlü Cəfərov Zabil Cəfər oğlunun idarə etdiyi "Mercedes" markalı minik avtomobili ilə Amil adlı şəxsin idarə etdiyi mopedlə toqquşub.

Qəza nəticəsində mopedin sürücüsü xəsarət alaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Seçilən
21
9
Mənbələr
Şərh ()
Bağla