AZ

Fransızların terakt xofu 10 üzərindən 7 baldır

Fransızlar ölkədə baş verə biləcək terror aktlarından çox qorxurlar, əhali arasında qorxunun ümumi səviyyəsi 10 ballıq şkala üzrə 7 bal təşkil edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bunu CNews telekanalı, Europe 1 radiostansiyası və “Le Journal de Dimanche” (JDD) qəzetinin sifarişi ilə CSA sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələri sübut edir.

Sorğu iştirakçıları Fransada qarşıdakı həftələr və aylarda növbəti terror aktından nə qədər qorxduqlarını ifadə ediblər. Onlar qorxularını 0-dan 10-a qədər miqyasda qiymətləndirməli idilər, 0 “çox az” qorxunu, 10 isə “çox güclü” qorxunu təmsil edir.

Sorğunun nəticələrinə görə, qadınlar kişilərə (6,7) nisbətən yeni terror hücumlarından daha çox qorxu (7,3) yaşayırlar. Bundan əlavə, 35 yaşdan aşağı olan əhali 35-49 yaş arası (6,6) fransızlara nisbətən daha çox qorxu (6,8 - 7) yaşayır. Yaşı 50 və daha yuxarı olan sakinlər yeni terror hücumlarından daha çox qorxurlar (7,1 - 7,2). JDD qəzeti yazır ki, bu fərq respondentlər arasında vətəndaş fəallığının müxtəlif səviyyələrini, onların mediada yayılan məlumatların psixoloji basqısına müxtəlif dərəcələrdə məruz qalmasını əks etdirə bilər.

Musavat.com

phrase_var_article.chosen
17
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close