AZ

AMB inflyasiyaya dair proqnozunu sabit saxlayıb

Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü ilə inflyasiya proqnozunu (yanvar proqnozu: 5,3%) sabit saxlayıb. SİA xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumata görə, ümumilikdə, inflyasiyanın artırıcı və azaldıcı riskləri bir-birini tarazlaşdırır: “Mövcud şərtlərin dəyişməz qalacağı təqdirdə bu il illik inflyasiyanın hədəf daxilində (4±2%) qalacağı gözlənilir. Təhlillər göstərir ki, ilin qalan dövründə illik inflyasiya proqnozunun azaldılma istiqamətində dəyişdirilməsi ehtimalı var", - deyə AMB bəyan edub.

“Ötən iclasdan bəri illik inflyasiya tempi azalmaqda davam edib. Bu ilin fevralında 12 aylıq inflyasiya 0,8 %, 12 aylıq baza inflyasiya isə 1,4 % təşkil edib. İllik ərzaq deflyasiyası 0,3 %, qeyri-ərzaq inflyasiyası 1,4 %, xidmətlər inflyasiyası isə 2,3 % olub", - deyə açıqlamada qeyd olunub.

phrase_var_article.chosen
54
2
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close