AZ

Meymunlar bu şəhəri işğal etdi: Hökumət əməliyyat başlatdı

Tailandın Lopburi şəhərində meymunların yemək axtarmaq üçün şəhəri zəbt etməsi böhrana səbəb olub.

Publika.az xəbər verir ki, Cənubi Asiya ölkəsi Tailandın " meymun şəhəri" kimi də tanınan Lopburidə son illərdə böyüyən meymun böhranı davam edir.

Meymunlar yemək axtarmaq üçün şəhərin mərkəzindəki evlərə, mağazalara girir, bəzən insanların çantalarına və yeməklərinə hücum edir.

Tailandın Təbii Sərvətlər və Ətraf Mühit Nazirliyindən verilən açıqlamada meymun hücumlarına məruz qalanlara təzminat ödəniləcəyi, Lopburi şəhər mərkəzində meymunların sayının mərhələli şəkildə azalacağı açıqlanıb.

Açıqlamadan sonra başladılan əməliyyatda Tailand Milli Parkları və Vəhşi Təbiəti Mühafizə İdarəsinin (DNP) bölmələri dünən Lopburi şəhərində meymunları yığmağa başlayıb.

phrase_var_article.chosen
72
6
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close