AZ

“Monqolustana rahat 4-5 top vurmalı idik”

“Millimizin iki oyununa da baxmışam. Monqolustan çox zəif, iki ötürməni üst-üstə edə bilməyən bir komanda idi. Buna baxmayaraq, yığmamız çox zəif oynadı. Topun nəzarətinin bizdə olması çox normaldı. Çünki rəqib hədsiz gücsüz idi. Amma millimiz onlara qol vurmaqda çətinlik çəkdi. Halbuki Monqolustana rahat 4-5 top vurmalı idik”.

Bu sözləri İdmanxeber.az saytına Azərbaycan millisinin sabiq üzvü Rahid Əmirquliyev yığma komandamızın keçirdiyi oyunlar barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Bolqarıstan görüşündə isə komandamız bir az fəal idi. Bolqarlar Monqolustan kimi zəif deyil. Bu oyunda nisbətən yaxşı oynadığımızı demək olar. Amma məncə, komandamız qələbə qazanmalı idi. Çünki evdə oynayırdıq. Bolqarıstan indi o qədər də gücül deyil ki, biz onları məğlub edə bilməyək. 

Ümumi götürsək, yığmanın Monqolustanla oyunu xoşuma gəlmədi. Bolqarıstanla isə ona baxanda yaxşı çıxış etdik. Məşqçi də yerli mütəxəssis idi. Bir şeyi başa düşmədim ki, Monqolustan kimi zəif rəqiblə oynayacağımız bilinirdi. Niyə gənc uşaqları milliyə dəvət edib, onlara şans vermədik? Ən azından bu matçda yeni adlara üstünlük vermək olardı. Açığı, Monqolustan oyunu bizə heç nə verəsi deyil”.

Seçilən
54
Mənbələr
Şərh ()
Bağla