AZ

Ukrayna SQ üçün “Zirehli döyüş texnikası Koalisiyası” yaradılıb

“Zirehli döyüş texnikası Koalisiyası” Ukrayna Silahlı Qüvvələrinin (SQ) potensialının gücləndirilməsi məqsədilə Polşada fəaliyyətə başlayıb.“Report” Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə Ali Radanın Maliyyə Komitəsinin rəhbəri Daniil Qetmantsev teleqram kanalında məlumat verib.Onun sözlərinə görə, Varşavada daha bir koalisiyanın iştirakçılarının təsis yığıncağı baş tutub: “Onun təşəbbüskarları Almaniya və Polşadır. Hazırda Böyük Britaniya, İtaliya və İsveç onun işində iştirak edir”.O bildirib ki, koalisiyanın məqsədi Ukraynanı silah və sursatla təmin etmək, avadanlıqlara texniki qulluq və təmir, o cümlədən texniki və hərbi kadrların hazırlanması olacaq.

phrase_var_article.chosen
29
2
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close