AZ

Fransanın nüfuzlu nəşrindən ETİRAF: Artıq Bakıya təzyiq etmək mənasızdır

Fransanın ən qədim və nüfuzlu qəzetlərindən biri  olan Le Figaro qəzetində fransızların Azərbaycana maneçilik törətdiyini, artıq Bakıya təzyiq etməyin mənasız olduğunu söyləyən bir məqalə dərc edilib.
Ednews xəbər verir ki, "Dağlıq Qarabağın mövcudluğunun dayandırılması, Yerinə yetirilməmiş Fransız vədinin xronikası" adlı məqalədə bir sıra maraqlı fikirlər səsləndirilib.
Məqalə ermənipərəst fransız yazıçısı Silveyn Tessonun Emmanuel Makronun "Laçın dəhlizinə" səfərinin vəziyyəti dəyişə biləcəyinə əmin olması ilə başlayır.
“Emmanuel Makron “biz erməniləri heç vaxt tərk etməyəcəyik"demədimi? Bu bəyanatlar dövlət başçısının iki il əvvəl Latviyanın paytaxtı Riqada "Azərbaycanı işğal etməyə təşviq edən" Türkiyənin "döyüşkən mesajlarını"pisləyən açıqlamalarını xatırladıb. Bakının Qarabağ bölgəsinin 70%-ni işğal etdiyi 44 günlük müharibənin başlamasından bir neçə gün əvvəl dövlət başçısı döyüşkən bir şəkildə söz verdi: "Bununla heç vaxt barışmayacağıq. Fransa öz rolunu oynayacaq" – deyə nəşr yazır.
Müəllif daha sonra xatırladır ki, "19 və 20 sentyabr tarixlərində Azərbaycan Ordusu Qarabağın yaşayış məntəqələrinə hücum etdi", nəticədə Qarabağ xunta rejimi  rəsmi olaraq mövcudluğunu dayandırdığını elan etdi. O vaxtdan bəri Bakı qınayan bəyanatlar istisna olmaqla, heç bir sanksiyaya məruz qalmayıb.
Nəşrdə qeyd olunur ki, 2023-cü ilin yanvarında bir qrup ermənipərəst fəal və jurnalist Yelisey sarayında toplaşıb. 
"Prezident Makron onları diqqətlə dinlədi, sonra söz aldı. Guilde Europeenne du Raid qeyri-hökumət təşkilatının vitse-prezidenti Hugo Devavrin dedi: "O, bizə bir sıra ciddi məsələlər barədə məlumat verdi. Diplomatik məsləhətçisi Isabelle Dumont ilə hazırladığımız notu diqqətlə oxudu."
Qeyddə Prezident Makronun səfərinin zəruriliyindən danışılıb və Qarabağdakı ermənilərin köməyinə gəlmək üçün humanitar konfransın təşkili təklif olunub. Və nəhayət, Fransanın mülki-hərbi əməliyyatına başlamaq tövsiyə edilib.
Məsələni danışıqlar yolu ilə həll etmək üçün Emmanuel Makron Azərbaycan və Ermənistan rəhbərləri ilə çoxsaylı telefon danışıqları aparıb. Diplomatik mənbə qeyd edir ki," bəlkə də Makron Prezident İlham Əliyevlə ən çox danışan yeganə xarici liderdir", - Le Figaro yazır.
Sonra humanitar konfransa hazırlıq işlərinə başlanıldı. Ancaq heç bir izahat verilmədən konfrans gözlənilən tarixdən bir neçə gün əvvəl ləğv edildi. Diplomatik mənbə Fransa nəşrinə bildirib ki, " bütün səylərə baxmayaraq, o dövrdə iştirakı gözlənilən tərəflər arasında minimal konsensus belə yox idi. Müxtəlif mənbələrə görə, layihə Vaşinqtonun etirazına görə ləğv edildi. 6 ay ərzində Parisdən heç bir yeni təşəbbüslər alınmadı."
Sonra estafeti erməni diasporu qəbul edib. Fransa erməni təşkilatlarının Koordinasiya Şurasının (CCAF) həmsədri Frank Papazyan humanitar yüklərin çatdırılması məqsədilə Makrona təzyiq göstərib. Papazyan: "Mənə bunun çox yaxşı bir fikir olduğunu və razılaşdığını söyləmişdir" Ancaq heç bir şey olmadı. Daşnak əmindir ki, səbəb yenə də "tərəfdaşların olmaması" dır. Fransa mediası sual verir: Fransa niyə tək qaldı? 
Cavab olaraq, “27 Avropa ölkəsi Ukrayna ilə məşğuldur. Bundan başqa, Avropa İttifaqı və Bakı 2022-ci ilin iyul ayında enerji əməkdaşlığında yeni fəsil açan qaz sazişi imzalayıblar. Beləliklə, vahid mövqe olmadığına görə Azərbaycana qarşı sanksiya təklif edən heç bir qətnamə qəbul olunmadı. Erməni məsələsində yaxından iştirak edən eurodeputat Natali Luazo əmin edir: "Biz qətiyyətlə mübarizə apardıq, lakin karbohidrogenlərə ümid bəsləyən bir neçə ölkə bu yolla getməyə hazır deyildi".
Qəzet etiraf edir ki, Fransa senatı anti-azərbaycan qətnamələr qəbul etsə də, ölkənin müxtəlif siyasətçiləri və deputatları Ermənistanın Azərbaycanla şərti sərhədinə Laçın istiqamətində səfərlər həyata keçirsə də, Bakı qətiyyətsiz qalıb və onların heç birini öz ərazisinə buraxmayıb.
"Fransa XİN sakitliyi qorudu. Katrin kolonna Yerevana yalnız 19-20 sentyabr 2023-cü il tarixlərində Azərbaycanın hərbi əməliyyatından sonra səfər edib və hərbi texnika tədarükünü elan edib.
Azərbaycan və Türkiyə prezidentləri İlham əliyev və Rəcəb Tayyib ərdoğanın ziyarət etməkdən imtina etdiyi Qranadada keçirilən Avropa sammitində Emmanuel Makron bildirib ki, "indi Bakıya qarşı sanksiya tətbiq etməyin vaxtı deyil". O, "təzyiqi saxlamaq və Ermənistanı ən yaxşı şəkildə qorumaq"üçün azərbaycanlı həmkarına zəng etməyi öhdəsinə götürüb. Bakı öz növbəsində Fransanı Ermənistanı silahlandırmaqda və Qafqazda yeni müharibə hazırlamaqda ittiham edib. 2024-cü ilin fevralında yenidən prezident seçilən əliyev andiçmə nitqində Ermənistanla münaqişədə beynəlxalq vasitəçilik istəmədiyini bildirib. Və Fransaya atdı:" öz işinlə məşğul ol " deyə Le Figaro nəşri yekunlaşdırıb.
Ələxsus nəticə etibarı ilə onu deyə bilərik ki, ölkə nüfuzlu nəşr belə anlayır ki, Azərbaycanla təzyiq dili ilə danışmaq mənasız bir xarakter daşıyır.
Əkbər Novruz

Seçilən
163
50
Mənbələr
Şərh ()
Bağla