AZ

YAP Xətai rayon təşkilatının ərazi partiya təşkilatlarında görüşlər davam edir

Bakı. Trend:

Martın 28-də Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayontəşkilatının Mehmandarov 86 ünvanı üzrə ərazi partiya təşkilatındapartiya üzvləri ilə növbəti görüş keçirilib.

Yığıncaqda çıxış edən YAP Xətai rayon təşkilatının sədri VüqarRəhimzadə Azərbaycanın bugünkü uğurlarından, ölkənin-ictimai-siyasihəyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasınıncəmiyyətdə artan nüfuzundan geniş bəhs edib.

Diqqəti bu ilin 7 fevral tarixində keçirilən növbədənkənarprezident seçkilərinə yönəldən Vüqar Rəhimzadə bildirib ki, YeniAzərbaycan Partiyasının Prezdientliyə namizədi cənab İlham Əliyevininamlı qələbəsi son 20 ildə görülən işlərə, qazanılan uğurlaraverilən yüksək dəyərin, eyni zamanda, Ümummilli Lider HeydərƏliyevin yaradıcısı olduğu, Prezident İlham Əliyevin uğurla inkişafetdirdiyi Yeni Azərbaycan Partiyasına inamın ifadəsidir. Ölkəmizmöhkəm təməl üzərində inamla irəliləyir, ən yüksək zirvələri fəthedir. Bu gün qalib Azərbaycana hansı sahədən baxsaq böyük inkişafınşahidi olarıq. Ölkəmizin dünyaya təqdim etdiyi təkmil inkişafmodeli düşünülmüş və gələcəyə hesablanmış siyasətintəqdimatıdır.

YAP Xətai rayon təşkilatının sədri tarixi Zəfərimizin, ərazibütövlüyümüzün və suverenliyimizin tam bərpa olunmasının yaratdığıreallıqlar fonunda öz daxili imkanlarımız hesabına işğaldan azadedilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-qurculuqişlərindən, Prezident İlham Əliyevin dördüncü dəfə Novruz tonqalınıQarabağ torpağında alovlandırmasından böyük qürur hissi ilə bəhsedib. Bu reallıqlar ölkədə yeni dövrün əsası oldu. Bu gün qalibAzərbaycan yeni dövrün qarşıya qoyduğu hədəflərə doğru inamlaaddımlayır. Yenilik, təkmilləşmə bütün sahələrdə uğurla həyatakeçirilir. Cəmiyyətin avanqard qüvvəsi olaraq Yeni AzərbaycanPartiyasının da qarşısında mühüm vəzifələr dayanır. Bu gün hər birrayon təşkilatı bu vəzifələrin uğurlu icrasına öz töhfələrinivermək üçün səylərini daha da artırır.

Sonra təşkilatı məsələlərə baxılıb. Səbinə Əliyeva YAP Xətairayon təşkilatının Mehmandarov 86 ünvanı üzrə ərazi partiyatəşkilatının sədri, Sevinc Orucova isə sədr müavini seçiliblər.

YAP
YAP
YAP
YAP
YAP
YAP
Seçilən
39
8
Mənbələr
Şərh ()
Bağla