AZ

Cavanşir lüks avtomobilini efirdə satışa çıxardı - FOTO

Əməkdar artist Cavanşir Məmmədov avtomobilini efirdə satışa çıxarıb. SİA xəbər verir ki, bu haqda sənətçi "Rəngarəng səhər" verilişində danışıb.

O bildirib ki, 1986-ci ilin "Rolls Royce" markalı retro maşınını satır: "90 min manata satıram. Bu avtomobil 4600 kilometr yol gedib. Demək olar ki, təzədir. Öz adımdan da bu avtomobilin motoruna 1 il sığorta verirəm. Motoruna nəsə olsa özüm düzəltdirəcəyəm. Avtomobil ilə toylara getmirəm. Bu maşınla Məhərrəmlik və Ramazan aylarında nəvəmlə şəhərdə gəzirik. Əgər bu avtomobili efir vasitəsi ilə siz sata bilsəniz, sizə də pul verəcəyəm. Bu maşının qiymətini sosial şəbəkələrdə şişirdib 250 min manat kimi qələmə verirlər. İstəyən zəng vursun. Avtomobilin salonu isə ağ rəngdə dəri işləməlidir".

phrase_var_article.chosen
21
50
phrase_var_article.sources
phrase_var_article.comment ()
phrase_var_article.close