AZ

Qəfil hazırlıq BAŞLADI - Cəbhə xətti boyunca...

“Rusiya uzun cəbhə xəttində yeni və böyük bir həmləyə hazırlaşır”.

Musavat.com xəbər verir ki, bu barədə Britaniyanın "Economist" nəşri yazıb.

Nəşr Ukraynanın müttəfiqlərinin Kiyevə yardımlarının azalmasına diqqət çəkib.

"Economist" Ukraynalıların düşdükləri vəziyyətlərinə görə dünya siyasətçilərini günahlandırdıqlarını deyib: “Ukraynanın Qərb müttəfiqlərinin diqqətini Yaxın Şərq, qarşıdan gələn seçkilər və iqtisadi çətinliklərlə yayındırırlar”.

Məqalədə qeyd edilib ki, Ukrayna əsgərləri artilleriya mərmilərini müxtəlif cəbhələrdə bölməkdə çətinlik çəkir, Rusiya isə bəzi yerlərdə onları geridə qoyur: "Keçən həftə təkcə bir gecədə Ukraynaya 150-dən çox pilotsuz təyyarə və raket buraxıldı, lakin Ukraynanın müdafiə silahları, xüsusən də ən ölümcül təcavüzkarları məhv etməyə qadir olan silahları tükənir"

Seçilən
33
1
Mənbələr
Şərh ()
Bağla